Nazirlər Kabineti 2013-cü il dövlət büdcəsi layihəsinin hazırlanmasına start verdi
Nazirlər Kabineti yanvarın 26-da Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin ölkə prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə Sərəncam qəbul edib. budget.az saytının məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidməti bu barədə açıqlama verib. Sərəncamda deyilir ki, “Büdcə sistemi haqqında” Qanuna və “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na əsasən Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2012-ci il sentyabrın 15-dək, İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını 2012-ci il sentyabrın 10-dək, həmçinin həmin Qanunun 12-ci maddəsində göstərilən digər sənədləri hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər. Bundan başqa Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Hər il olduğu kimi Sərəncam vasitəsilə müvafiq dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Dövlət Statistika Komitəsi:
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2012-ci il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2012-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsr) ilkin ortamüddətli göstəricilərini 2012-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2012-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2012-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2012-ci il iyulun 20-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidir.
İqtisadi İnkişaf Nazirliyi:
Vergilər Nazirliyinin regional və yerli bölmələri Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin razılaşdırdığı formalara və cari il mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2012-ci il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, İqtisadi İnkişaf Nazirliyinin təlimat məktubuna uyğun olaraq, lazım olan materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün 2012-ci il iyulun 15-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, büdcədən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin şəhər və rayon icra hakimiyyətləri Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri və şöbələri ilə birlikdə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2012-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirliklər, komitələr və büdcədən maliyyələşən digər təşkilatlar:
Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2012-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2012-ci il iyulun 1-dək İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etsinlər.
Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almaq istəyən bələdiyyələrə tövsiyə edilsin ki, “Büdcə sistemi haqqında” Qanunun 11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2012-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, İqtisadi İnkişaf Nazirliyinin və Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2013-cü il və sonrakı üç il üzrə dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2012-ci il martın 1-dək İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirliklər, komitələr və büdcədən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2012-ci il iyulun 1-dək: Sərəncamda Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə tapşırılır ki, lazım olduqda, ölkənin növbəti büdcə ili və gələn üç il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb etsinlər. Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliyyələşən nazirliklər, komitələr, şirkətlər və digər təşkilatlar, müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etməlidir. |
| Baxış sayı: 484 |

Nazirlər Kabineti yanvarın 26-da Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin ölkə prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə Sərəncam qəbul edib. budget.az saytının məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidməti bu barədə açıqlama verib. 






