Rusiyada təhsil

Rusiya dünyanın sahəsinə görə ən böyük ölkəsidir. Bu ölkə ədəbiyyat, tarix, elektonika kimi bəzi sahələrinin inkişaf və fərqliliyi ilə seçilir. Rusiya bizim üçün yaxın və köhnə SSR ölkəsi olduğu üçün sıx əlaqədə olan ölkədir. Bu ölkəyə viza almaq bütün dünyada problemli olsada bizim üçün sadəcə passportla getmək mümkündür. Rusiyada tehsil de bunun kimi bizlər üçün çox sadə şərtlərlədir.

Rusiya şərqi Avropa və şimali Asiyada yerləşən, ərazisinə görə dünyanın ən böyük dövlətidir. Dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir.
Rusiya Federasiyasında təhsil almaq müxtəlif maraq dairələri olan beynəlxalq tələbələr üçün əlverişli olacaqdır.
Dünyanın ən böyük dövləti olan Rusiya hər il təhsil sahəsinə kifayət qədər pul yatırır ki, bu da tələbələrin sərfəli şərtlərlə yüksək səviyyəli təhsil almasına şərait yaradır.
İmtahan stresi, narahatlıq səbəbindən xaricdə universitetə imtahansız qəbul olmaq hər bir gəncin arzusudur. Buna görə də seçimlərini Rusiyada edənlər yanılmazlar. Belə ki, imtahansız, attestatla Rusiya universitetlərinə qəbul olmaq mümkündür.
Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri magistr hazırlığını təklif edir.

Dərs ili sentyabrda başlayır və iyunda başa çatır.Təhsil proqramları:

Bakalavr.Təhsil müddəti 4 ildir.
• Magistratura.Təhsil müddəti-2 ildir
• Mütəxəssis.-Təhsil müddəti-5 ildir.
• Aspirantura.Təhsil müddəti -3 ildir.Dissertasiya şurasında elmi tədqiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər namizədi” dərəcəsi verilir.
• Doktorantiya. Təhsil müddəti -3 ildir.Dissertasiya şurasında elmi tədqiqat işini müdafiə edəndən və RF AAK-də dərəcənin təsdiqindən sonra “Elmlər doktoru” dərəcəsi verilir.

Rusiya Federasiyasının ali təhsil sistemi 18-ci əsrin ortalarında Moskva və Sankt-Peterburqda universitetlərin yaradılması ilə başlamışdır və ali təhsil sistemi Almaniyadakı kimi qurulmuşdur.Bu ölkə ədəbiyyat,tarix,elektronika kimi bəzi sahələrin inkişafına görə fərqlənir.
141 milyonluq Rusiya əhalisinin 73%-şəhərlərdə, 27%-i kənd yerlərində yaşayır. Hazırda Rusiyanın,Moskva və Sankt-Peterburq olmaq üzrə iki böyük şəhəri var.
Rusiya keçmiş SSR ölkəsi üçün sıx əlaqədə olduğumuz ölkədir. Bu ölkəyə getmək üçün digər ölkələr viza açdırmalı olduğu halda bizim üçün tək pasport kifayətdir. Orada təhsil də Azərbaycan vətəndaşları üçün çox sadədir.
Rusiyada təhsil almaq həm maddi, həm də mənəvi cəhətdən çox uyğun seçimdir.Coğrafi baxımdan yaxın olmağı Rusiyanı seçmək üçün ən birinci səbəbdir. Dil probleminiz varsa çox qısa zamanda öz həllini tapar. Burada 1 il müddətində rus dilini öyrənə bilərsiniz.
Tələbələrin və valideynlərinin narahatlıq keçirdikləri məsələlərdən biri də təhsil müddətində yaşamaq üçün yerdir. Tələbələr univesitet daxilində yataqxanalarda qala bilərlər. Universitet daxilndə və ayrı olaraq yataqxanaların qiyməti 30-40$ olaraq dəyişir. Aylıq yaşama xərcləri 200-300$ arasında dəyişir. Rusiyada təhəsil almaq üçün istənilən yaşda müraciət etmək olar.
Rusiyada savadlılıq çox yüksək səviyyədədir. Savadlılıq dərəcəsi 99.7% təşkil edir və əhalinin əksəriyyəti universitet təhsilinin tamamlamışdır.
Rusiyada təhsil sistemi xüsusən şahmat sahəhində çox uğurludur və illərin təcrübəsinə malikdir.
Rusiyanın təhsil sistemi birdən çox dilin öyrənilməsini təmin edir. İngilis dilindən əlavə Alman,İspan,Fransız dilləri də seçimlər arasındadır.
Rusiya STEM təhsilinə önəm verir və təhsilin bu forması dünya səviyyəsində məşhur elm adamları və riyaziyyatçıların yetişdirilməsinə əlavə dəyər qazandırır.

Rusiyada təhsil almaq üçün nə etməli?

Rusiyada azərbaycanlı tələbələr üçün çox asan və sərfəli qəbul proqramı tərtib olunub. Rusiyaya qəbul olmaq üçün Azərbaycanda təhsili rus bölməsində başa vurmaq lazımdır.Rus bölməsini bitirməyənlər üçün müəyyən müddət rus dili kursu keçirilir.
Rusiyada tək attestatla təhsil almaq mümkündür.Burada qəbul üçün ilin 12 ayı müraciət etmək olar.
Rusiyada tək məktəbi bitirən şəxslər deyil,9-cu sinfi bitirən kollec, peşə məktəbi məzunları da müraciət edə bilərlər. Təhsili 2 formada: əyani və qiyabi olaraq davam etdirmək olar.
Rusiyada təhsili həm ingilis dilində, həm də rus dilində almaq mümkündür.
Rusiya təhsilinin üstün cəhətlərindən biri də budur ki,bir çox yaradıcı sahədə mütəxəsislər hazırlayır.İnəsənətin bir çox sahələrində tələbələr üçün müxtəli təhsil proqramları təklif edir. Həmçinin müasir ixtisaslar olan oyun dizaynı, kiberpsixologiya kimi ixtisaslar üzrə kadr hazırlığı da buradakı təhsil ocaqlarının hədəflərindəndir. Rusiya dövləti hər il təhsil alanlar üçün yüksək texnologiyalı kampuslar və labaratoriyalar istifadəyə verir ki, bu da onların elmi nailiyyətləri üçün geniş şərait yaradır. Bu yerlərdə qalmaq və yaşamaq çox münasibdir..

Rusiyada təqaüdlə təhsil

Rusiyada əcnəbi tələbələr universitetlərdə təhsil aldıqları zamanı təqaüd əldə etmək üçün Vahid Dövlət İmtahanından keçməlidirlər. Bundan sonra Rusiya vətəndaşları kimi təqaüdlə təhsil ala bilərlər. Bundan başqa bəzi beynəlxalq olimpiadalarda iştirak edib təqaüd qazanmaq olar.
Beynəlxalq tələbə namizədləri,xaricdə yaşayan ruslar qəbul imtahanlarından və ya Vahid Dövlət imtahanından (EGE) keçdikdən sonra Rusiya vətəndaşları ilə eyni dövlət təqaüdünə müraciət edə bilərlər.

Rusiya hökuməti tərəindən təklif olunan təqaüd proqramının tərkibinə aşağıdakılar daxildir:
• Pulsuz təhsil
• Yaşayış müavinəti (tələbənin uğurundan asılı olmayaraq bütün təhsil müddəti üçün)
• Əgər varsa yataqxanada yerləşmə xərcləri
Rusiya hökuməti tərəindən təkli olunan proqrama aşağıdakılar daxil deyildir:
• Uçuş xərcləri
• Yaşam xəcrləri
• Könüllü tibbi sığorta xərcləri
Aşağıdakı kateqoriya üzrə olan tələbələr yaşam müavinəti almırlar:
• Peşə təhsili üzrə təcrübə keçən beynəlxalq tələbələr( onlar öz universitetlərinin yataqxanalarında yaşam yeri almaq imkanına malikdirlər)

Rusiyada distant təhsil

Distant təhsil Rusiyada təhsil alan tələbələr üçün vaxta və büdcəyə qənaət etməyə imkan verir. Müasir texnologiya resurslarının köməyilə bu təhsil növündən yararlanmaq olar.
Rusiyada qiyabi təhsil
Rusiyada qiyabi və əyani təhsil almaq mümkündür.Burada qiyabi təhsil alan tələbələr ildə iki dəfə universitetdə olmaq şərti ilə tədtis müddətlərini başa vura bilərlər. Hər gedişdə 8-20 gün qalaraq tədris proseslərini(semestr) başa vurub qayıda bilərsiniz.Qiyabi təhsil prosesi adətən 4-5 il olaraq seçilir.

Rusiyaya qəbul üçün lazım olan sənədlər:

  • Xarici pasport və şəxsiyyət vəsiqəsi
  • Sağlamlıq haqqında arayış
  • Attestat və ya diplom(olmaması haqında arayış)
  • Doğum haqqında şəhadətnamə
  • SPİD sertifikatı
  • Valideynlərin doğum haqqında şəhadətnaməsi(1990-cı ildən sonra doğulanlar üçün)
  • 3/4 ölçüdə fotoşəkil (8 ədəd)

Rusiya federasiyasının ali təhsil ocaqlarında təhsil almaq qiymət və keyfiyyətin vəhdətidir. Rusiya universitetlərinin təhsil haqları fərqli ola bilər amma hər halda Avropa və digər ölkələrlə müqayisədə çox aşağıdır.
Keyfiyyət baxımdan Rusiya təhsili Avropa universitetlərinin təhsilindən geri qalmır. Rusiya universitetlərinin təhsil haqları konkret proqramdan, onun müddətindən, təlimin keçiriləciyi ali təhsil müəsisəsindən asılıdır. Rusiyada yaşam xərcləri də bir çox ölkələrlə müqayisədə aşağıdır.

Yaşam xərcləri

Aydındır ki, hər insanın insanın yaşam xərclərini hesablamaq mümkün deyil. Çünki bu xərclər(yemək, gəzmək, kirayə və s.) insana görə dəyişə bilər. Digər ölkələrdə olduğu kimi Rusiyada da yaşam dəyəri həm də yaşayış yerindən asılıdır.
Rusiyada tələbə kimi yaşamağın dəyəri şəxsi həyat tərzindən və tələbənin fəaliyyətindən asılıdır. Aylıq orta məbləğ 15000 ilə 20000 rubl arasında dəyişir.

Xaricdə Təhsil Üçün Müraciət Et