Home | About Project | NBG | Glossary | Legislation | Contacts

State Budget


Oil Fund (SOFAZ)



Survey

How much do you think the annual price of a barrel of crude oil on commodity exchanges in 2015 will average?
Below $30
Between $30-$35
Between $35-$40
Between $40-$45
Between $45-$50
Between $50-$60
Between $60-$70
Above $70


Visitors

ILK-10 Azeri Website Directory


Regional Araşdırmaçı Jurnalistika Məktəbi investigator.az saytının təqdimatını keçirdi


budget.az saytının məlumatına görə, Regional Araşdırmacı Jurnalistika Məktəbi mayın 3-də Caspian Plazada veb-saytının təqdimatını keçirib. Layihənin koordinatoru Cavid Xəlilovun sözlərinə görə, üç dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən investigator.az saytı ölkəmizdə araşdırmacı-jurnalistlər üçün ilk və yeganə internet resursdur.

Onun sözlərinə görə, Regional Araşdırmacı Jurnalistika Məktəbinin (RSIJ) veb-saytı Acıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən yaradılıb. “investigator.az saytı nəinki araşdırmaçılar, həmçinin bütün jurnalistlər üçün çox faydalı resursa çevriləcək. İndiyə kimi təkcə Azərbaycanda deyil, eyni zamanda bütün region ölkələrində araşdırmaçı jurnalistikaya hesablanmış internet resurs olmayıb. Halbuki, investigator.az resursunun yaradılması onun bütün imkanları ilə birlikdə ölkədə araşdırmaçı jurnalistikanın inkişafına təkan verəcək”, - deyə layihə rəhbəri bildirib.

Sonra C.Xəlilov saytda yerləşdirilmiş resurslar barədə məlumat verib: “Saytda jurnalist araşdırmalarının hazırlanması üçün tədris və praktiki vəsaitlər yerləşdirilib. O cümlədən, “treninq” bölməsi üç alt-bölməni özündə birləşdirir: “dərsliklər”, “treninq materialları” və “yeni texnologiyalar”. “Dərsliklər” bölməsində jurnalistlər araşdırmaların aparılması üzrə populyar ədəbiyyat və praktiki vasitələrlə tanış ola biləcəklər. Burada Mark Li Hanter (INSEAD Sosial innovasiyalar mərkəzi) və Tom Hayneman kimi məşhur müəlliflərin təqdimatları və kitabları yerləşdirilib. “Hadisəyə əsaslanan araşdırma: jurnalist araşdırmalarının aparılması üzrə vəsait” və “Ölkə üzrə araşdırma (Cross-border investigation): tənqidi jurnalistika üçün araşdırma alətləri” kimi vəsaitləri ölkədə jurnalist araşdırmalarının keyfiyyətinin artırılması üçün çox faydalı olacaq. Digər “treninq materialları” alt-bölməsi jurnalistlər statistik təhlilin əsasları və ictimai maliyyə mövzusunda media araşdırmaların prinsipləri ilə tanış ola biləcəklər. “Yeni texnologiyalar” alt-bölməsində ziyarətlər oxucular internetdə geniş axtarışların aparılmasının əsasları, xüsusilə də axtarış sistemlərinin strategiyaları və əlavə operatorları ilə tanış ola bilərlər.

Eyni zamanda, “F.A.Q.” (tez-tez verilən suallar) bölməsində araşdırma jurnalistikası haqqında ən çox verilən suallara cavablar yerləşdirilib. Saytda istənilən istifadəci üçün veb-resursun administrasiyasına araşdırma jurnalistikası haqqında onu maraqlandıran sualı vermək imkanı yaradılıb. Bundan başqa, “faydalı” bölməsində ziyarətçilər “QHT hesabatları” və “hökümət təşkilatlarının hesabatları” haqqında məlumat əldə edə biləcəklər”.

C.Xəlilov hesab edir ki,sayt jurnalistlərin vahid şəbəkəyə birləşdirilməsi alətinə çevriləcək. “Bu şəbəkə nəinki Azərbaycan jurnalistlərini, həmçinin digər region ölkələrini də əhatə edəcək. Bundan başqa, “beynəlxalq” bölməsində ziyarətçilər araşdırma jurnalistikası sahəsində beynəlxalq təşkilatlar, bu mövzusuda xaricdə çap olunmuş məqalələr, məşhur araşdırmacı-jurnalistlər haqqında məlumat ala, həmçinin “səs-küylü” araşdırmaların müəllifləri ilə müsahibələri oxuya biləcəklər” – deyə o bildirib.

Təqdimatçıya görə, sayt jurnalistlər arasında jurnalistikanın bu və ya digər məsələləri və ümumilikdə, araşdırmacı jurnalistika haqqında, müzakirələr və fikir mübadiləsi üçün virtual məkana çevriləcək.

Regional Araşdırmacı Jurnalistika Məktəbi (RSIJ) layihəsinin rəhbərlərindən biri, “Acıq Cəmiyyət İnstitutu”nun (ACİ-YF) Neft və ictimai gəlirlərin şəffaflığı proqramının direktoru Fidan Bağırova qeyd etdi ki, hələ 2009-cu ildə ACİ-YF yeni proqram təşəbbüsü – “İctimai vəsaitlərin şəffaflığı və Media” - ilə çıxış etdi. Proqramın bir necə məqsədi var idi: - İctimai vəsaitlərin şəffaflığı üzrə jurnalist araşdırmaların sayının artırılması; - Araşdırmalar vasitəsi ilə ictimai maliyyə sahəsində olan problemlərə ictimai diqqətin cəlb edilməsi; - Ölkədə araşdırmacı jurnalistika janrının gücləndirilməsi; - İctimai vəsaitlər sahəsində şəffaflığın, hesabatlılığın və effektivliyin əldə edilməsi. Bu layihə çərçivəsində KİV-də cap olunan jurnalist araşdırmaları cəmiyyətdə geniş əks-səda doğurdu. Proqramın məntiqi davamı kimi Fond yeni təşəbbüsü – ictimai vəsaitlər sahəsində Regional Araşdırmacı Jurnalistika Məktəbinin (RSIJ) yaradılmasını – irəli sürdü. RSIJ 2010-cu ilin sonunda formalaşdırıldı. Niyə məhz ictimai vəsaitlər? İctimai vəsaitlər – ilk növbədə dövlət büdcəsinin və büdcədən kənar dövlət fondların vəsaitləridir. Bir qayda olaraq, jurnalist araşdırmaların əsas məsələlər maliyyəyə dirənir. İctimai vəsaitlərin əsas xüsusiyyəti isə onların, belə deyək, sahibinin olmamasıdır. Burada sərəncamcı hökümət, sahib isə geniş vətəndaş gütləsidir. Sıravi vətəndaşlar əsasən bu baradə heç bilmirlər. Halbuki, ictimai vəsaitlərə nəzarət cəmiyyətdə şəffaflığa, vəsaitlərin sərf edilməsinin hesabatlığına və effektivliyinə, bu isə yekunda əhalinin rifahına gətirəcək.

F.Bağırova qeyd etdi ki, məktəbin ilkin məqsədi – ictimai maliyyənin xərclənməsinin şəffaflığını və effektivliyini təmin etmək məqsədilə ölkələrin hökümətlərinə təsir etmək üçün ictimai maliyyənin şəffaflığını və effektivliyini araşdıran jurnalistlər şəbəkəsinin yaradılması idi. Indiyə kimi post sovet ölkələrində bu cür şəbəkə demək olar ki, olmayıb. Ona görə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bir necə hədəf müəyyən edildi. Belə ki, şəbəkə müxtəlif ölkələrdən lazımi məlumatın əldə edilməsi üçün bir məkanı olmalı, post sovet məkanında jurnalistikanın yeni formasını və ya janrını – «сross-border investigations» - formalaşdırmalı. Digər hədəf - post sovet ölkələri xaricində jurnalist materiallarının çap edilməsi üçün daha çox imkanların yaradılmasıdır. Paralel olaraq şəbəkə jurnalistlərə digər ölkələrdən olan həmkarlarının təcrübəsi haqqında daha çox öyrənməyə, və beləliklə təkmilləşməyə, kömək olur. Ümumilikdə, şəbəkənin genişləndirilməsi və gücləndirilməsi üçün yaxşı imkanlar vardır.

 

Baxış sayı: 834

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb