Home | About Project | NBG | Glossary | Legislation | Contacts

State Budget


Oil Fund (SOFAZ)



Survey

How much do you think the annual price of a barrel of crude oil on commodity exchanges in 2015 will average?
Below $30
Between $30-$35
Between $35-$40
Between $40-$45
Between $45-$50
Between $50-$60
Between $60-$70
Above $70


Visitors

ILK-10 Azeri Website Directory


Nazirlər Kabineti 2011-ci ilin dövlət büdcəsi layihəsini müzakirə etdi


Budget.az saytının məlumatına görə, sentyabrın 22-də Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda 2011-ci il və sonrakı üç il üçün Dövlət Büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

Layihəyə görə, dövlət büdcəsinin gəlirləri 12 milyard 061 milyon manat, xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılıb və ümumi daxili məhsulun 31,7 %-i həcmində nəzərdə tutub.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin həcminin artırılması ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə tutulur.  2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129, 4 milyon manat proqnozlaşdırılır.

Məlumata görə, konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınıb.

2011-ci il üçün ÜDM real artım tempi 3,8 %, onun qeyri-neft sektoruna aid hissəsi 7,2 %, neftin bir barrelinin dünya bazar qiyməti 60 $, inflyasiyanın səviyyəsi isə 5 % həcmində nəzərdə tutulur.


Baxış sayı: 856

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb