Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Naxçıvanda Arpaçay Su Elektrik Stansiyasının tikintisinə 8 milyon manat xərclənəcək


Hökumət 2011-ci ildə bir sıra istiqamətlərdə ayrılan vəsaitlərin azaldılması hesabına Arpaçay Su Elektrik Stansiyasının tikintisi üçün 8 milyon manat məbləğində vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Nazirlər Kabinetinin 25 avqust 2011-ci il tarixli, 259s saylı sərəncamına əsasən, Arpaçay Su Elektrik Stansiyasının tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8 milyon manat ayırılıb.

Tikinti vəsaitinin ayrılması üçün bir sıra xərclərin azaldılması nəzərdə tutulub.  Vəsaitin 5 milyon manatı Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi və tikintisi, həmçinin kredit hesabına icra olunacaq Astara, Daşkəsən, Gədəbəy, Xırdalan, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payının ödənilməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılması nəzərdə tutulmuş vəsait azaldılması hesabına cəlb edilib. Yerdə qalan 3 milyon manat üçünsə “Oğuz, Zaqatala, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılması tədbirləri” üçün Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılması nəzərdə tutulmuş vəsaitin azaldılacaq.  

Hörmətli oxucular! Məlumatdan istifadə etdikdə budget.az saytına istinad etmək vacibdir. 
Baxış sayı: 1405

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb