Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2011-ci ildə orta illik inflyasiya səviyyəsi ikirəqəmli olub


Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 12,03 faiz bahalaşma qeydə alınıb. Bu dövrdə Bakıda qiymətlər 15,76 faiz, regionlarda isə 8,46 faiz artıb. budget.az saytının məlumatına görə, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzi açıqlama yayıb.

Mərkəzi məlumatına görə, yola saldığımız ildə ən yüksək inflyasiya ərzaq məhsullarında (19,35 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 2,64 faiz, xidmətlərdə isə 5,73 faiz təşkil edib.

İTM-in ekspert qrupu 2012-ci ildə gözlənilən inflyasiya səviyyəsini də hesablayıb. Təşkilatın proqnozuna görə, cari ildə Azərbaycanda 12,4 faiz inflyasiyanın olacağı gözlənilir.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında dekabr  ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,75 manat, pensiyaçılar üçün 152,23 manat, 0-14 yaşlı uşaqlar üçünsə 211,30 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,00 manat, pensiyaçılar 94,60  manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,27 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,27 manat, pensiyaçılar üçün 35,02  manat, 0-14 yaşlı uşaqlar üçün 73,30 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.



Baxış sayı: 1506

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb