Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2011-ci ilin dövlət büdcəsinin icrası: Neft Fondundan 203 milyon manat az vəsait köçürülüb


2011-ci il dövlət büdcəsinin mədaxili 15700,6 milyon manat, xərcləri 15394,7 milyon manat olub. Ötən il 305,9 milyon manat məbləğində büdcə profisiti yaranıb. budget.az saytı bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verir.

Nazirliyin məlumatına görə, yola saldığımız ildə dövlət büdcəsinin mədaxili 100,9 faiz icra olunub ki, bu da 2010-cu illə müqayisədə 4297,6 milyon manat və ya 37,7 faiz çoxdur.

Vergilər Nazirliyi dövlət büdcəsinə 5472 milyon  manat vəsait köçürüb ki, bu da proqnozdan 312 milyon manat çoxdur. Nazirlik mədaxil proqnozuna 106,0 faiz icra edib. Vergilər Nazirliyini xətti ilə daxil olan vəsaitlərin həcmi 2010-cu illə müqayisədə 1179,2 milyon manat və ya 27,5 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi proqnoza artıqlaması ilə (100,1 faiz) əməl edib. Komitənin köçürməsi 1141,5 milyon manat təşkil edib.

2011-ci ildə sair gəlirlərdən nəzərdə tutulan 51 milyon manata qarşı büdcəyə 87,1 milyon manat daxil olub. Bu gəlir mənbəsi üzrə artım 77% olub.

Dövlət Neft Fondundan büdcəyə tələb olunan məbləğdə 2,2 faiz az vəsait köçürülüb. Ötən il bu mənbədə büdcəyə 9,2 milyard manata qarşı  9 milyard manat həcmində vəsait transfert edilib.

Büdcə gəlirlərindən fərqli olaraq xərc istiqamətlərinin icrasında azalma baş verib. Belə ki, ötən ilin büdcə xərcləri 96,6  faiz icra edilib. Bu göstərici 2010-cu ilə nisbətən 3628,8 milyon manat manat və ya 30,8 faiz çoxdur.

2011-ci ildə büdcə xərclərinin 46,7 faizi cari xərclərə, 51,1 faizi əsaslı xərclərə, 2,2  faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldilib.

Cari xərclərə 7190,7 milyon manat vəsait sərf edilib. Bu xərc istiqamətinə yönəldilən vəsaitin həcmi 2010-cu illə müqayisədə 544,4 milyon manat və ya 8,2 faiz çoxdur.

Əsaslı xərclərə 7860,9 milyon manat vəsait yönəldilib və bu 2010-cu ilə nisbətən 2833 milyon manat və ya 56,3 faiz çoxdur. Həmin vəsaitin 5854 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 2006,9 milyon manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib.

Dövlət borclarına xidmətlə bağlı xərclərə 343,1 milyon manat vəsait istifadə olunub. Bu xərclər 2010-cu illə müqayisədə 252,4 milyon manat və ya 3,7 dəfə çoxdur.

Ötən il sosialyönümlü xərclərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 28,2 faizi və ya 4340,1 mln. manatı yönəldilib. 2010-ci illə müqayisədə belə xərclər 637 milyon manat və ya 17,2 faiz çox olub.

2011-ci il ərzində istifadə olunan 5854 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 729,5 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 5124,5 milyon manat vəsait yönəldilib.

 


 

 

Baxış sayı: 1451

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb