Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Rumıniyada “Heydər Əliyev” Xiyabanın tikintisinə 464 min avroya yaxın vəsait ayrılıb


Azərbaycan hökuməti Rumıniyada “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nın tikintisinə 464 min avroya yaxın vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Nazirlər Kabinetinin 19 oktyabr 2011-ci il tarixli, 325s saylı sərəncamına əsasən, Rumıniyanın paytaxtı Buxarest şəhərindəki “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda meriya tərəfindən aparılmış təmir-tikinti işlərinin dəyərinin ödənilməsi üçün ümumilikdə 463 min 500 avro məbləğində vəsait ayrılıb.

Bu vəsaitin 352 min 700 avrosu təmir-tikinti işlərinə, 110 min 800 avrosu isə həmin parkda video-müşahidə sisteminin quraşdırılmasına yönəldiləcək.
Ayrılmış vəsait Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondu hesabına ödənilib və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hesabına köçürülüb.  


Hörmətli oxucular! Məlumatdan istifadə etdikdə budget.az saytına istinad etmək vacibdir.  


Baxış sayı: 1529

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb