Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Bosniya və Hersoqovina ilə dostluğumuzun dəyəri 1 milyon dollara çatdı


Azərbaycan hökuməti Bosniya və Hersoqovinada "Dostluq Parkı" və abidə kompleksi ilə bağlı tikinti və təmir-bərpa işlərinin başa çatdırılması məqsədi ilə 400 min avro məbləğində çox vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı növbəti dəfə sərəncam imzalayıb.

Nazirlər Kabinetinin fevral ayında verdiyi 20s saylı sərəncama əsasən, Bosniya və Hersoqovinanın Sarayevo şəhərində "Dostluq Parkı" və abidə kompleksinin  tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 408 min 259 avro (təxminən 540 min dollar) məbləğində vəsait ayırıb. Bu vəsait  2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.

Tikinti işlərinin yerinə yetirilməsinə təxirə salınmadan başlanması və qısa müddət ərzində başa çatdırılmasının vacibliyi nəzərə alınaraq, Xarici İşlər Nazirliyi bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə imzalamaq hüququ əldə edib.

Xatırladaq ki, hökumət ötən ilin sonunda 415s saylı sərəncamla Sarayevo şəhərində Dobrinya çayı üzərində «Dostluq Körpüsü»nün tikintisi məqsədi ilə Xarici İşlər Nazirliyinə 408.564 avro (təxminən 540 min dollar) məbləğində vəsait ayırmışdı.

Bununla da son 2 ayda bu ölkədə tikilən “Dostluq” körpüsü və eyni adlı parkının tikintisinə ayrılan vəsaitin həcmi 1 milyon dolları ötüb.


Baxış sayı: 1586

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb