Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Gənclər Fondunun rəhbərinin aylıq maaşı 1210 manat olacaq


Hökumət Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərəcək Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib. budget.az saytının məlumatına görə, Nazirlər Kabineti martın 19-da bununla bağlı 70 saylı qərar verib. 

Nazirlər Kabineti martın 19-da 70 saylı qərarı verib. Bu qərarla cari ilin 26 yanvar tarixində qəbul etdiyi 20 saylı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında"qərarına dəyişikliklər edib.
 
Dəyişiklik nəticəsində qərar Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarının siyahısını nəzərdə tutan 18 saylı əlavə daxil edilib. 

18 saylı əlavəyə əsasən Gənclər Fondunun icraçı direktorunun aylıq məvacibi 1210 manat olacaq. Fondun aparat rəhbəri 913 manat, baş mühasibi 847 manat, sektor müdiri 800 manat maaş alacaq. Bundan başqa baş məsləhətçi hər ay 726 manata, aparıcı məsləhətçi 605 manata, məsləhətçi isə 550 manatlıq maaş cədvəlinə qol çəkəcək. Ən az əmək haqqını – 270 manatı Fondun sürücü alacaq.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu ölkə Prezidenti 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanına əsasən yaradılıb. Fonda 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.


Baxış sayı: 1613

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb