Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Qanun layihəsi Parlamentin plenar iclasına tövsiyə olundu


Parlamentin İqtisadi siyasət komitəsinin mayın 18-də keçirilən iclasında 2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. budget.az saytının Milli Məclisin mətbuat xidmətinə istinadən  verdiyi məlumata görə, yığıncaqda “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı hesabat dinlənilib.

Layihə ilə bağlı çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, hesabatda 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyətinə dair göstəricilər, ehtiyat fondlarından istifadə, dövlət borcu və dövlət borcuna xidmətlə əlaqədar məlumatlar öz əksini tapıb. O qeyd edib ki, dünya ölkələrinin bir çoxunda borc probleminin yaranmasına və iqtisadi enişin müşahidə olunmasına baxmayaraq, ölkə iqtisadiyyatında belə mənfi halların yaranmasının qarşısı alınıb, makroiqtisadi sabitlik qorunub saxlanılıb və bu siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

Azər Bayramovun sözlərinə görə, 2011-ci il icmal büdcənin gəlirləri 116,2 faiz icra olunaraq 23 milyard 225 milyon manat təşkil edib. Bu isə 2010-cu illə müqayisədə 19,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 17 milyard 540 milyon manat icra edilib. İcra səviyyəsi əvvəlki illə müqayisədə 28,6 faiz çox olub.

Cari ilin əvvəlinə vahid xəzinə hesabının qalığı 382 milyon manat olub.

Ötən il ərzində ümumi daxili məhsulun (ÜMD) həcmi 2010-cu ilə nisbətən müqayisədə qiymətlərlə 40 milyon  manat artaraq 50,1 milyard manat, o cümlədən, qeyri-neft sektorunda ÜDM 24,2 milyard manat olub. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil edib.

Sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun bu ilki rəyinin ilk dəfə olaraq Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və digər iqtisadi qurumların ümumi göstəriciləri ilə yanaşı büdcə təşkilatlarının hesabatlarına, materiallarına istinad olmaqla hazırlandığını dedi. 

Müzakirələr zamanı çıxış edən millət vəkilləri, bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri məsələ barədə fikirlərini açıqlayıblar və 2011-ci il dövlət büdcəsinin icrasını qənaətbəxş hesab ediblər.

Daha sonra “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət rüsumu haqqında” və digər qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.


Baxış sayı: 1440

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb