Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Xarici dövlət borcumuz 9 ayda 2 milyard manat artıb


2015-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının xarici dövlət borcu 2 milyard manat artaraq 7 milyard manata çatıb. Artıma səbəb əsasən fevral ayında baş vermiş devalvasiya olub. Milli valyutanın dəyərini 34% itirməsi xarici borcu manat ifadəsində kəskin artırıb. Artım həm də dollar ifadəsində baş verib. budget.az saytının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi rəsmi açıqlama verib. 

Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 1-i tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat) olub ki, bu da ilin əvvəli ilə müqayisədə  3,9% və ya 252,7 milyon dollar çoxdur. Xarici borc manat ifadəsində 40% artıb. 2014-cü ilin sonuna borcun həcmi  6,478.2 milyon ABŞ dolları (5,081.5 milyon manat) olub. 

Xarici dövlət borcunun ÜDM-ə olan nisbəti cari ilin 9 ayı ərzində 8,6%-dən 12.4%-ə yüksəlib. 

Borc vəsaitlərinin 8.0%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. 

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.0 faiz, avro – 20.3 faiz, yapon yeni – 2.6 faiz, İslam dinarı – 0.6 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz. 

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Nazirliyin açıqlamasına görə, borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir.

 


Baxış sayı: 2867

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb