Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu


Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu

 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz. 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur. 

Prezidentinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər. 

Əks halda bu vəsaitlərin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.

 
Mənbə: Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu (2008-2016) 

Milyon manatla 

İllər

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun cəmi büdcə xərclərində payı, %

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun ÜDM-də payı, %

2008

154,0

1,4

0,4

2009

178,8

1,7

0,5

2010

159,5

1,4

0,4

2011

210,0

1,4

0,4

2012

299,7

1,7

0,6

2013

347,0

1,8

0,6

2014

366,2

2,0

0,6

2015 (proqnoz)

382,0

1,8

0,7

2016 (proqnoz)

285,0

1,8

0,5






Baxış sayı: 1422

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb