Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


«Avtomobil Yolları» Məqsədli Büdcə Fondu


"Avtomobil yolları " Məqsədli Büdcə Fondu


"Avtomobil yolları " Məqsədli Büdcə Fondu Prezidentin "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun yaradılması haqqında" 2006-cı il 12 oktyabr tarixli 1729 saylı Sərəncamı ilə yaradılıb. 

Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 sayı qərarı ilə "Avtomobil yolları " Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi QAYDALARI təsdiq edilib. 

Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir. 

Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. 

 

Fondun vəsaitləri aşağıdakı dövlət büdcəsinin mənbələri hesabına formalaşır: 

  • yol vergisi; 
  • mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi; 

  • idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər ; 
  • idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu; 
  • Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu; 

  • nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınların, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu. 

 

Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı aşağıda göstərilən istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir:

  • Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini respublikanın şəhərləri, rayon mərkəzləri, şəhər tipli qəsəbələri, hava, dəniz və çay limanları, dəmiryol stansiyaları, qoruq və istirahət zonaları, həmçinin xüsusi obyekt və müəssisələrlə birləşdirən respublika  əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına; 

  • rayonlararası və kənd və qəsəbələri şəhər və rayon mərkəzləri ilə birbaşa birləşdirən yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına; 

  • ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, və istismarı ilə bağlı digər işlərin maliyyələşdirilməsinə. 


Fondun xərclərinin istiqamətlər üzrə maliyyələşdirilməsi hər büdcə ili üçün tərtib olunan, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılan və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilən xərclər smetası çərçivəsində həyata keçirilir. 

Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir. 

Fondun vəsaiti hesabına maliyyələşdirilmə dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların maliyyələşdirilməsi üzrə mövcud qaydalara uyğun həyata keçirilir və sənədləşdirilir.

Fondun vəsaiti həmin Fonda faktiki daxilolmalar dairəsində xərclənir. 

Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

 

«Avtomobil Yolları» Məqsədli Büdcə Fondu (2008-2016) 

Milyon manatla 

İllər

«Avtomobil Yolları» Məqsədli Büdcə Fondu

«Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun cəmi büdcə xərclərində payı, %

«Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun ÜDM-də payı, %

2008

129,7

1,2

0,3

2009

144,9

1,4

0,4

2010

170,0

1,5

0,4

2011

170,0

1,1

0,3

2012

180,0

1,0

0,3

2013

194,0

1,0

0,3

2014

214,0

1,1

0,4

2015 proqnoz)

290,0

1,4

0,5

2016 (proqnoz)

290,0

1,8

0,5

 

 

 

Baxış sayı: 1279

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb