Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Dövlət büdcəsinin Ehtiyat Fondu


Dövlət büdcəsinin Ehtiyat Fondu

Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir.

Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, yerli büdcələrin ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları isə bələdiyyələr tərəfindən müəyyən edilir.

Dövlət büdcəsinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

Əks halda bu vəsaitlərin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.

Mənbə: Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu

 

 

 

Dövlət büdcəsinin Ehtiyat Fondu (2008-2016) 

Milyon manatla 

İllər

Dövlət büdcəsinin Ehtiyat Fondu

Dövlət büdcəsinin Ehtiyat Fondunun cəmi büdcə xərclərində payı, %

Dövlət büdcəsinin Ehtiyat Fondunun ÜDM-də payı, %

2008

438,4

4,1

1,1

2009

193,4

1,8

0,5

2010

448,3

3,8

1,1

2011

227,9

1,5

0,5

2012

837,1

4,8

1,6

2013

378,9

2,0

0,7

2014

330,9

1,8

0,6

2015 (proqnoz)

343,0

1,6

0,6

2016 (proqnoz)

100,0

0,6

0,2


Baxış sayı: 1096

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb