Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Maliyyə naziri Samir Şərifov: «Azərbaycanın 2011-ci il dövlət büdcəsinə yenidən baxıla bilər»


Dünya bazarlarında neftin qiymətinin artması fonunda Azərbaycan hökuməti 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılacağını istisna etmir. budget.az saytının «APA-ECONOMICS»ə istinadən verdiyi məlumata görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bu ilki büdcənin icrasında heç bir problem müşahidə olunmur: «Lakin neftin qiymətinin bahalaşması fonunda dövlət büdcəsinə yenidən baxılacağını istisna etmirik. Əvvəlki illərdə olduğu kimi makroiqtisadi şərait buna imkan verərsə, məsələyə baxıla bilər».


Azərbaycan Dövlət Neft Fondundan büdcəyə transfertlərə gəldikdə isə S.Şərifov qeyd edib ki, dövlət büdcəsinə neft sahəsindən daxilolmalar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynədlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi şəklində köçürülür: «ARDNŞ o qədər də xam neft satmır ki, orada bir o qədər artım olsun. Şirkət daha çox neft məhsulları realizə edir və bu məhsulların satışı da əksər hallarda yerli bazarda həyata keçirilir. Ölkədə isə neft məhsullarına olan qiymətlərin artımı müşahidə olunmur. Buna görə biz ARDNŞ-ın daxilolmaları üzrə əhəmiyyətli dərəcədə artım gözləmirik».


ABƏŞ-ə gəldikdə isə nazir bildirib ki, konsorsiumda müəyyən pay bölgüsü var və bura daxil olan xarici şirkətlərin payına mənfəət neftinin 20-25%-i düşür və bu istiqamət üzrə də ciddi artım gözlənilmir: «Büdcəyə daxilolmaların bir çox hissəsi Dövlət Neft Fondunun payına düşür».


Qeyd edək ki, Azərbaycanın 2011-ci il dövlət büdcəsinin gəlirləri 12,061 mlrd. manat, xərcləri isə 12,748 mlrd. manat səviyyəsində təsdiq olunub.


Baxış sayı: 1172

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb