Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Milli Büdcə Qrupu Azərbaycanın 2010-ci il üzrə iqtisadiyyatını dəyərləndirdi


I rübdə qeyri-neft sektoru üzrə vergi yığımları kəskin azalıb

Ötən ilin I rübündə dövlət büdcəsndə 1055,1 milyon manatlıq profisit olduğu halda bu ilin müvafiq dövründə 321,2 milyon manatlıq kəsir yaranıb. Büdcə xərclərinin 4,5 faiz az icra edilməsi kəsirin həcmini azaldıb. budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri-neft sektoru üzrə vergi yığımında 21,2% azalma olub.  
Xəbərlər

I rübdə qeyri-neft sektoru üzrə vergi yığımları kəskin azalıb

Dövlət büdcəsi 2 ayda: gəlirlər azalıb, xərclər artıb

Büdcə 2016: gəlirlərin 26%-i dekabr ayında, 42%-i sonuncu rübdə formalaşıb

2017-ci ilin dövlət büdcəsi: R Ə Y

Son 10 ilin ən pis və dolaşıq salınmış büdcəsi

Büdcə 2017: Ölkənin 3 böyük şəhərində sərnişindaşımaya 49 milyon manat ayrılacaq 

2016-cı ilin 9 ayında dövlət büdcəsi: Neft Fondunun yaratdığı kəsiri Gömrük Komitəsi azaldıb

2017-ci ilin büdcəsi: nə var, nə yox?

Neft Fondu dövlət büdcəsində kəsir yaratdı

Qanunvericilik

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 129-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 698 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (YENI)

Tədqiqatlar

Nəticə əsasli büdcə sisteminin formalaşdırılmasının hüquqi və institusional mexanizmləri. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi. Bakı. 2017 (YENI)

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı R Ə Y

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi (proqnozu) ilə bağlı RƏY. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi. Bakı. 2016

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi (proqnozu) ilə bağlı RƏY

Azərbaycan Respublikasının 2014-cü il üzrə dövlət büdcəsinin icrasında əsas meyllər Dövlət büdcəsinin icrasına müstəqil ekspert rəyi. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi. Bakı. 2015

Nəşrlər

Açıq Hökumət Tərəfdaşlığı: hökumət və vətəndaş cəmiyyəti əməkdaşlığı təcrübələri, Bakı, 2017

Açıq Hökumət Tərəfdaşlığı: uğurlu təcrübələr, Bakı, 2017

Açıq Hökumət Tərəfdaşlığı: ümumi prinsiplər, əsas istiqamətlər, Bakı, 2017

Azərbaycan Respublikasını 2016-cı il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”. Maliyyə Nazirliyi, Bakı, 2016

Azərbaycan Respublikasında ictimai informasiyaların açıqlanması və əldə edilməsinin monitorinqi. ACİ-YF/Gəlirlərə Nəzarət İnstitutu, Bakı, 2009

\clip_filelist.xml" />

budget.az saytının məlumatına görə, Milli Büdcə Qrupu martın 14-də Avropa otelində təşkil etdiyi tədbirdə Azərbaycanın 2010-ci il üzrə makroiqtisadi siyasəti üzrə tədqiqatının nəticələrini açıqlayıb.

Milli Büdcə Qrupunun (MBQ) koordinatoru Rəna Rzayeva tədqiqatın hökumətin hesabatının müzakirəsindən əvvəl açıqlanmasını Qrupun alternativ dəyərləndirməsi ictimaiyyətə çatdırması ilə bağlayıb.

Onun sözlərinə görə, büdcə təhlili üzrə ixtisaslaşmış MBQ həmin tədqiqata da büdcə aspektindən yanaşmış, dövlət büdcəsinin formalaşdırılmasının və istifadəsinin ölkənin makroiqtisadiyyatına, xüsusən makroiqtisadi stabilliyinə təsiri araşdırılmışdır.

Tədqiqatı aparan MBQ ekspertləri Qubad İbadoğlu, Kənan Aslanlı və Söhrab Fərhadov çıxışlarını üç əsas istiqamət qurub: “Azərbaycanda iqtisadi artımın mənbələri, ÜDM-in komponent dəyişiklikləri və makroiqtisadi struktur problemləri; fiskal və monetar siyasətin dəyərləndirməsinin nəticələri

Mütəxəssislər hesab edirlər ki, ölkənin neft və qaz ehtiyatlarının həcmi məhdud olduğu üçün neft gəlirlərinin nəsillər arasında bərabər bölgüsünün aparılmasının vacibdir və MBQ ekspertlərinin rəylərinə əsasən, neft gəlirlərinin xərclənməsi siyasətindəki kəskin artımlar makroiqtisadi sabitlik üçün təhlükəyə yol açır.

Azərbaycan iqtisadiyyatında son illərdə (2010-cu il də daxil olmaqla) real iqtisadi artım tempinin dinamikasında müəyyən qədər azalma müşahidə olunur. İqtisadi artımın mühüm mənbəyinə çevrilməli olan texnoloji məhsuldarlıq göstəricisinin rolu kapital akkumlyasiyasına nisbətən bir qədər azalıb. ÜDM-in strukturunda sənaye və aqrar sektorun payı azalmaqla və xidmət sektorunun payı isə nisbi olaraq genişlənməklə “Holland sindromu”nun iqtisadiyyatda sənəyesizləşmə simptomlarının Azərbaycanda tədricən əsası qoyulur. Rəsmi yoxsulluq səviyyəsinin azaldığı Azərbaycan iqtisadiyyatında əmək məhsuldarlığı problemi, həmçinin ciddi sektoral əmək haqqı differensiasiyası mövcuddur. Ölkədə məşğulluq səviyyəsi artsa da, məşğulluğun davamlı olması və əmək bazarında peşəkar işçi resursları çatışmazlığı problemi qalmaqdadır.

Ekspertlərə görə, 2006-2010-cu illərdə dövlət büdcə xərcləmələri 43,4 milyard manat və Neft Fondunun transfersiz xərcləmələri isə 2,2 milyard manata bərabər olub. Bu xərclər həmin dövrə formalaşmış ÜDM-in 28,4 faizini təşkil edib. Onu da qeyd etmək lazımdır ki, Dövlət Neft Fondundan investisiya və sosial layihələrə birbaşa vəsaitlər ayrılması davam edir. Bu da büdcənin dövlət xərcləmələrinin vahid mənbəyi olmasına mane olur və büdcə haqqında dolğun təsəvvür yaratmağa kömək etmir.

Ötən dövr ərzində cari xərclərin əsas hissəsi dövlət idarəçiliyinə və təhsilə yönəlib. Hesablamalara görə, 2003-2011-ci illərdə Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transferlərin həcmi 20 milyard manat təşkil edir ki, onun da 19,6 milyard manatı son 5 ilin payına düşür.

Ekspertlər qeyd etdilər ki, Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi məhdud olduğu sirr deyil və irimiqyaslı hasilat zaman etibarı ilə məhdud dövrdə davam edəcək. Bununla bağlı yerli və xarici analitiklərin proqnozları arasında daha çox fərq yaradan yalnız neftin dünya bazar qiymətlərinin dəyişkənliyidir. Bu isə fiskal risklərin yaranmasına gətirib çıxardığından həyata keçirilən siyasətin daha çox ölçülüb biçilməsini və tənzimlənməsini bir sözlə, optimallaşdırılmasını tələb edir.

Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə soyuması fonunda, maliyyə bazarlarında və bank sektorunda da artım səngimişdir. Bu isə Mərkəzi Banka maliyyə bazarlarına daha çox təsir etmək üçün yeni imkanlar yaradır. Monetar sahədə aşağıdakı əsas təmayüllər müşahidə olunur: inflyasiya təzyiqləri hələ də yüksək qalmaqdadır; manatın real effektiv məzənnəsi artmağa davam etmişdir. Lakin, Mərkəzi Bank və BVF hesablamalarına görə bu məzənnə tarazlıq dəyərindən hələ də aşağıdadır və depozit dərəcələrində ümumi azalma davam etmiş və bu faizlər arasında fərqlər azalmışdır. Zərərlə işləyən bankların sayının artması, kredit bazarında aktivliyin aşağı qalması və ümumi mənfəətliliyin azalması bank sektoru üçün sistematik risklər yaratmaqdadır. Monetar və fiskal siyasətin optimal səviyyəyə gətirilməsi üçün Mərkəzi Bankın müstəqilliyinin təmin edilməsi vacib hal kimi qiymətləndirildi.

2011-ci ildən sonra, iqtisadi artım tempinin aşağı düşməsinin törədəcəyi risklərin qarşısının alınması üçün tədqiqatdan əldə edilən nəticələrə əsasən, hökumətə aşağıdakı tövsiyələr verilib.

 

-         Makroiqtisadi siyasətin davamlı iqtisadi artıma əsaslanan makroiqtisadi siyasətlə əvəz edilməsi və iqtisadi artım templərinin xam neftin qiymətindən asılılığının tədricən neytrallaşdırılması;

-         Aqrar sektorun və qeyri-neft sənayesnin inkişafı üçün xüsusi strategiya işlənilməsi və dövlət proqramlarının icrasına nəzarət gücləndirilməsi;

-         Qeyri-neft ixrac potensialını və vergitutma bazasını genişləndirmək üçün sahibkarlığa dövlət köməyinin yeni mərhələsi başlanılması;

-         İqtisadiyyatın sektorları arasındakı dərinləşən əmək haqqı fərqlərini ortadan qaldırmağa yönəlik təşviq siyasəti həyata keçirilməsi;

-         Milli hesablar sisteminin, makroiqtisadi göstəricilər və yoxsulluqla bağlı statistikanın daha da təkmilləşdirilməsi;

-         “Neft və qaz gəlirlərinin idarə edilməsi üzrə uzunmüddətli Strategiya”da nəzərdə tutulduğu kimi, neft gəlirlərinin xərclənməsində daimi və dəyişməz gəlirlər yanaşması tətbiq edilməsi;

-         Dövlət idarəetməsində struktur islahatlar aparılmalı, əks mərkəzsizləşdirmə siyasəti genişləndirilməli;

-         Büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalının artırılması üçün vergi inzibatçılığını təkmilləşdirilməsi; vergi borclarının yaranma mənbələri araşdırılması;

-         Orta müddətli dövr üçün bütün fiskal parametrlərlə yanaşı büdcə kəsiri də makroiqtisadi tarazlığa xələl gətirməyən səviyyədə proqnozlaşdırılması;

-         Dövlət xərcləmələrinin artımı inflyasiyaya ciddi təsir edən amillərdən biri olduğu üçün, onların iqtisadiyyatın absorbsiya gücü ilə həmahəng artması vacibliyi;

-         Bank sektorunda böyüyən riskləri idarə etmək və mümkün böhranı önləmək üçün bank sektorunda rəqabətliliyin artırılması


Təqdimatda dövlət qurumlarının, Milli Məclisin, beynəlxalq təşkilatların nümayəndələri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri iştirak edib.


Baxış sayı: 1362

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb