Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Samir Şərifov: “Büdcə xərclərinin artırılması inflyasiya riski yaradır”


“2011-ci il üzrə dövlət büdcəsinin xərclərinin 25 faiz artırılması müəyyən inflyasiya riskləri yaradır”. budget.az saytının məlumatına görə, maliyyə naziri Samir Şərifov bu barədə mətbuata açıqlamasında  bildirib.

Builki dövlət büdcəsinə dəyişiklərin qəbul edildiyini və bəzi xərclər maddələrinin artırıldığını bildirən nazir qeyd edib ki, xərclər əsasən sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək: «Əlavə xərclər əsasən pensiya islahatlarının maliyyələşdirilməsinə yönəldiləcək ki, nəticədə pensiyalar artırılacaq. Eyni zamanda, büdcə təşkilatlarında çalışanların əmək haqları, sosial müavinət və ödənişlər artırılacaq. Bunun şəffaflığını təmin etmək üçün Maliyyə Nazirliyinin nəzdində xüsusi qurumun yaradılmasına ehtiyac yoxdur».

O qeyd edib ki, inflyasiyanın səviyyəsinin yüksək olmaması üçün Azərbaycan hökuməti tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək: “Mərkəzi Bank və Maliyyə Nazirliyinin birgə səyləri nəticəsində inflyasiya meyillərini, inflyasiyanı cilovalamaq istiqamətində əməli tədbirlər keçirəcəyik”.

Nazir, həmçinin bildirib ki, Maliyyə Nazirliyi artıq büdcə məsələləri ilə məşğul olan və Beynəlxalq Valyuta Fondunun nəzdində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir: “Həmin təşkilat büdcə indeksini hazırlayır. Azərbaycanın əvvəllər bu indeksdə göstəriciləri xeyli aşağı idi. Son zamanlar xeyli irəliləyişə nail olunub. Əvvəllər bizim 30 xalımız vardısa, hazırda 43 xalımız var. Mən güman edirəm ki, bir sıra tədbirlər çərçivəsində bundan da yüksək olacaq. MDB dövlətlərinin reytinqinə bərabər və yaxud üstün olacağıq”.

Mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişiklərə əsasən, gəlirlər 29% və ya 15 554,2 mln. manata qədər, xərclər isə 25% və ya 15 941,2 mln. manatadək artırılıb.



Baxış sayı: 1226

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb