Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Maliyyə nazirinin müavini: “Əməkhaqlarının artımı inflyasiyanı birrəqəmli səviyyədə saxlamağa mane olmayacaq”


Maliyyə Nazirliyi hesab etmir ki, ölkədə büdcə xərclərinin və əməkhaqlarının artırılması inflyasiyanı birrəqəmli səviyyədə saxlamağa mane olacaq. budget.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

"İlkin proqnozlara görə, bütün sahələrdə əməkhaqlarının artırılacağı gözlənilir. Təbii ki, dövlət büdcəsi xərclərinin artımı və ölkə əhalisinin əməkhaqlarının artırılması inflyasiyanın səviyyəsinə təsir edəcək", - Bayramov bildirib.

Onun sözlərinə görə, indi əsas məqsəd bu təsirin minimuma endirilməsidir.

"Hesab etmirəm ki, inflyasiyanın səviyyəsi proqnozlaşdırılandan kəskin fərqlənəcək. O birrəqəmli səviyyədə qalacaq", - Bayramov bildirib.

Mərkəzi Bank illik inflyasiyanı 7-8 faiz səviyyəsində saxlamağı proqnozlaşdırır.

Xatırladaq ki, mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişiklərə əsasən, gəlirlər 29% və ya 15 554,2 mln. manata qədər, xərclər isə 25% və ya 15 941,2 mln. manatadək artırılıb.
Baxış sayı: 1196

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb