Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Iri nağd ödənişlərin aparılmasına limit qoyulacaq


Vergilər Nazirliyi ölkədə iki əsas istiqamət üzrə nağdsız ödənişlərin inkişafını stimullaşdırmaq fikrindədir. budget.az saytının məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuata açıqlamasında məlumat verib.

"Biz nağdsız ödənişlər həyata keçirən vətəndaşlara ƏDV üzrə əhəmiyyətli güzəştlər etməyə hazırlaşırıq. Həmçinin nağd ödənişlərin aparılmasına limit qoyulacaq, yəni, müəyyən edilmiş səviyyədən yuxarı nağd vəsaitlərlə ödəniş qadağan olunacaq", - hələlik limitin həcmini açıqlamaqdan imtina edən nazir müavini deyib.

Onun sözlərinə görə, pozuculara ciddi maliyyə sanksiyaları tətbiq ediləcək.

"Nağdsız ödənişlərin həmin inkişaf istiqamətləri dünya praktikasında geniş tətbiq olunur və biz bu yolla gedirik", - Ələkbərov bildirib.

Vergilər Nazirliyi Vergi Məcəlləsinə bu təkliflərin də öz əksini tapdığı düzəliş və əlavələr barədə qanun layihəsini Milli Məclisə təqdim edib və tezliklə layihəyə baxılacağı gözlənilir.

"Bu məsələnin tənzimlənməsi üçün müvafiq hüquqi baza yaradılacaq, bundan sonra nağdsız ödənişlərin aparılması üçün stimullaşdırıcı ölçülərin tətbiqinə başlanacaq", - nazir müavini bildirib.

"Bu istiqamətdə böyük iş aparılmalıdır, çünki ölkədə mövcud olan POS-terminalların sayı səkkiz mindən bir qədər çoxdur ki, bu da bizi qane etmir. Və ona görə də həm biznes mühitinin nümayəndələrinin, həm də alıcılar və satıcıların nağdsız hesablamaların aparılmasına maraq göstərmələri vacibdir", - Ələkbərov deyib.


Baxış sayı: 1156

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb