Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Vergi Məcəlləsinə dəyişiklik ediləcək


Bu günlərdə Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. budget.az saytının məlumatına görə, layihədə Vergi Məcəlləsinin 106, 122, 164, 183-cü maddələrinə dəyişiklik nəzərdə tutulur.

Məcəllənin 106-cı maddəsinə edilən əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin mülkiyyətində olan törəmə müəssisələrin birinin balansından digərinin balansına əvəzsiz verilən aktivlərin, o cümlədən digər hüquqi şəxsə əvəzsiz verilmiş əsas vəsaitlərin dəyəri, neft-qaz ehtiyatları ilə bağlı sazişlərə uyğun olaraq əsas fondların, daşınan əmlakın və digər aktivlərin ölkəmizi təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar vergidən azad olunur.

Məcəllənin ödəmə mənbəyində dividenddən vergi tutulmasından bəhs edən 122-ci maddəsinə də əlavələr olunacaq. Bu əlavədə deyilir: "Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur".

Qanun layihəsinin 183-cü maddəsinə edilən əlavəyə gəlincə, aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, aksizi malın sahibi (sifarişçi) ödəyəcək.

Artıq bu layihəyə Milli Məclisdə iqtisadi siyasət və energetika, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsində baxılıb. Sənədin parlamentin 10 iyun iclasında müzakirəyə çıxarılacağı gözlənir.


Baxış sayı: 1307

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb