Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2011-ci ilin dövlət büdcəsinə dəyişiklik təsdiq edildi


budget.az saytının məlumatına görə, ölkə prezidenti mayın 27-də “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Bununla da dövlət büdcəsinin gəlirləri 29%, xərcləri isə 25% artıb

Dəyişiklik əsasında 2011-ci il dövlət büdcəsinin gəlirləri 15,55 milyard manat, xərcləri 15,94 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 15,12 milyard manat, yerli gəlirlər 447,04 milyon manat və mərkəzləşdirilmiş xərclər 14,63 milyard manat, yerli xərclər 1,31 milyard manat) məbləğində təsdiq edilib.

Dəyişiklik nəticəsində 2011-ci ilin dövlət büdcəsində bir sıra vergi daxilolmalarının və ödənişlərin proqnozları artırılıb. Belə ki, fiziki şəxslərin gəlir vergisi 708 milyon manata (əvvəl bu rəqəm 690 milyon AZN olub), hüquqi şəxslərin mənfəət vergisi 1,73 milyard manata (əvvəl 1,21 milyard AZN); əlavə dəyər vergisi 2,22 milyard manata (əvvəl 2,12 milyard AZN); Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 830 milyon manata (əvvəl 818 milyon AZN); gömrük rüsumları 223 milyon manata (əvvəl 215 milyon AZN); Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar 406,4 milyon manata (əvvəl 296,4 milyon AZN); “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar 13,92 milyon manata (əvvəl 3,92 milyon AZN) qaldırılıb.

Dövlət Neft Fondundan dövlət büdcəsinə daxilolmaların proqnozunda da kəskin artım var. Fonddan transfetin həcmi 2,72 milyard manat artırılaraq 9,2 milyard manata çatdırılıb. Halbuki ilin əvvəlində transfertin həcmi 6,48 milyard AZN təsdiq edilmişdi.

Bundan əlavə vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların proqnozu 26 milyondan 36 milyon manata artırılıb.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi azaldılaraq 687 milyondan 387 milyon manata endirilib.

2011-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği isə 18,62 milyard manat müəyyən edilib. Bu hədd əvvəlki proqnozda 15,13 milyard manat təşkil edib.

Qanunun 5-ci maddəsinə edilmiş əlavəyə görə, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulması nəzərdə tutulub.

2011-ci ilin dövlət büdcəsinə  dəyişiklikləri nəzərdə tutan qanunla bu linkdə tanış ola bilərsiniz



Baxış sayı: 1313

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb