Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


KİV-ə Dəstək Fondunun saxlanmasına 400 min manata yaxın vəsait xərclənəcək


Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetasını təsdiq edib. budget.az saytının məlumatına görə Nazirlər Kabineti bununla bağlı 101 saylı qərar qəbul edib.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2011-ci il üçün xərclər smetası"nın təsdiq edilməsi barədə 23 iyun 2011-ci il tarixli, 101 saylı qərarına əsasən Fonda dövlət büdcəsindən 2,4 milyon manat vəsait ayrılacaq.

Bu vəsaitin 16,5%-i və ya  397 min 202 manatı Fondun saxlanılmasına yönəldiləcək. Fondun əməyin ödənişi fondu 95 min 284 manat təşkil edəcək. Ştatda olan işçilərin əməkhaqlarına 39 min 600 manat, ştatdankənar işçilərin əməkhaqlarına 20 min manat ödəniləcək.

Bundan başqa Fond üçün inventar və  avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların və forumların təşkili, Fondun üzvlərinin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri və Fondun fəaliyyəti ilə bağlı digər xərclərin ödənilməsi üçün 301 min 918 manat nəzərdə tutulub.

Ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi üçün 1,3 milyon manat xərclənəcək.

709 min 202 manat həcmində vəsait isə "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnalları və "Ədəbiyyat", "Savalan" qəzetləri redaksiyalarının maliyyələşdirilməsinə yönəldiləcək.


Baxış sayı: 1188

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb