Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2011-ci ilin dövlət büdcəsinin 6 aylıq icrası: gəlirlər 9% artıb, xərclər isə 5% azalıb


budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2011-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 5610,8 milyon manat, xərcləri 4882,1 milyon manat olub. Bu müddətdə 728,7 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Profisitin yaranmasına səbəb daxilolmaların 9% artımı, xərclərin isə 5% az icra olunmasıdır.

2011-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilib. Bu proqnoza nisbətən 552,6 milyon manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 688,1 milyon manat və ya 14 faiz çoxdur.

Cari ilin 6 ayı ərzində Vergilər Nazirliyi tərəfindən proqnoza  125,3 faiz əməl edilib. Nazirliyin xətti ilə büdcəyə 2562,9 milyon manat köçürülüb. Bu, nəzərdə tutulandan 517,2 milyon manat çoxdur. Vergi köçürmələri ötən ilin eyni dövrü ilə müqayisədə 559,1 milyon manat və ya 27,9 faiz çox olub.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunub və büdcəyə 542,4 milyon manat (0,8 milyon manat çox) köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 91,8 milyon manat və ya 20,4 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 2461 milyon manat həcmində vəsait transfert edilib. Sair daxilolmalar üzrə büdcəyə 44,5 milyon manat vəsait daxil olub.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 94,8 faiz və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 605,4 milyon manat və ya 14,2 faiz çox icra edilib.

2011-ci ilin 6 ayında dövlət büdcəsi xərclərinin 62,6 faizi (3058,3 milyon manat) cari xərclərə yönəldilib. Bu xərclər 2010-cu ilin eyni dövrü ilə müqayisədə 239 milyon manat və ya 8,5 faiz çoxdur.

Əsaslı xərclərin dövlət büdcəsi xərclərində payı isə 36,4 faiz (1775,2 milyon manat) təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 357,7 milyon manat və ya 25,2 faiz çoxdur. Həmin vəsaitin 1348 milyon manatı dövlət əsaslı vəsait qoyuluşu, 427,2 milyon manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib.

Dövlət büdcəsi xərclərinin 1 faizi (48,6 milyon manat) dövlət borclarına xidmətlə bağlı xərclərin payına düşüb. Dövlət borclarına xidmət xərcləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 21,8 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq birinci yarımildə dövlət büdcəsinə daxil olan vəsaitin 38,4 faizi sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu istiqamətdə 1,9 milyard manat xərclənib. Sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 199 milyon manat və ya 11,9 faiz çox vəsait sərf edilib.

2011-ci ilin 6 ayında istifadə olunan 1348 milyon manatlıq dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 217,9 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 1130,1 milyon manat vəsait yönəlib.



Baxış sayı: 1265

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb