Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2012-ci ilin dövlət büdcəsi layihəsi Nazirlər Kabinetinə təqdim edilib


Neftin baza qiyməti 80 dollar götürülüb

budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsi artıq Nazirlər Kabinetinə təqdim edilib.
Nazirliyin açıqlamasına görə, «Büdcə sistemi haqqında» qanunun 11.15-ci maddəsi rəhbər tutulmaqla Maliyyə Nazirliyi tərəfindən hazırlanmış 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim edilib.

“APA-ECONOMICS” agentliyinin əldə etdiyi məlumata görə, gələn il üçün dövlət büdcəsi xərclərinin 2011-ci ilə nisbətən təqribən 30% artacağı gözlənilir. Büdcə gəlirlərində Dövlət Neft Fondundan transfertlərin həcminin də 2011-ci ildəkindən az olmayacağı bildirilir.

Xatırladaq ki, 2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat proqnozlaşdırılıb. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb.


Baxış sayı: 1593

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb