Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Dövlət büdcəsi 2012: Nazirlər Kabineti müzakirə edib Prezident Aparatına göndərdi


Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. budget.az saytının AzərTAc-a istinadən verdiyi məlumata görə, iclasda 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, ölkənin 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmiş, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

Müzakirələrdə bildirilib ki, 2012-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, dünya iqtisadiyyatında gözlənilən meyillər və müşahidə olunan qlobal maliyyə böhranı şəraitində iqtisadiyyatda əldə olunan nailiyyətlərin qorunub saxlanması və inkişafı nəzərə alınmaqla tərtib edilib. Layihə hazırlanarkən habelə Azərbaycan dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib.

Məlumatda qeyd edilir ki, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon 400 min manat təşkil edir. Xərclər hissəsi isə 16 milyard 984 milyon 400 min manat proqnozlaşdırılmışdır. Ümumi daxili məhsul (ÜDM) 43,5 milyard manat həcmində nəzərdə tutulur.

Növbəti ilin dövlət büdcəsinin sosial yönümlüyü və investisiya xarakterli olması qeyd edilir. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərcləri nəzərə almaqla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclər artıb.

Konsepsiya və proqnozların hazırlanması prosesində 2011-ci ilin gözlənilən yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının davamlılığının təmin edilməsi şərtləri və gələcək inkişafa təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyilləri, neftin dünya qiymətinin dəyişkənliyi və digər faktorlar nəzərə alınıb.

2012-2015-ci illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları, o hazırlanarkən beynəlxalq təşkilatların, bank və maliyyə qurumlarının proqnozları, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları və bu proqnozlara təsir edə biləcək amillər təhlil edilib.

Müzakirələrə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2012-ci il üçün ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 8,6 faiz, neftin bir barrelinin dünya bazar qiyməti 80 dollar, inflyasiyanın səviyyəsi isə 6 faiz həcmində nəzərdə tutulur.

İclasın sonunda Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi layihəsinin və digər müvafiq sənədlər zərfinin ölkə prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.



Baxış sayı: 1494

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb