Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


10 ildə Dövlət Neft Fonduna 60 milyard dollar həcmində vəsait daxil olub


2001-2011-ci illərdə Dövlət Neft Fonduna 60 milyard dollar məbləğində vəsait daxil olub ki, onun bir hissəsi yığıma yönəldilib. budget.az saytının Trendə istinadən verdiyi məlumata görə, "Azərbaycanın dövlət müstəqilliyi: Sənaye-energetika kompleksi, yeni zirvələrə doğru yollarda" mövzusunda keçirilən "dəyirmi masa"da fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

2001-ci ildə ARDNF-nin vəsaitləri 491,5 milyon dollar səviyyəsində olub, on il ərzində onlar 65 dəfə artaraq 32 milyard dollara çatıb.

"Dövlət Neft Fondunun vəsaitləri region üçün əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələrin, eləcə də qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəratinin yaxşılaşdırılmasına yönəldilib", - o deyib.


2011-ci il yanvarın 1-nə ARDNF-nin aktivləri 22,8 milyard dollar təşkil edib. Mövsümovun sözlərinə görə, fondun cari aktivləri 32 milyard dollardır.


Bu il fondun gəlirlərinin 12 796,2 milyon manat səviyyəsində olacağı gözlənilir.


ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm infrastruktur sahələrin, eləcə də ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda irriqasiya, nəqliyyat sahəsində bir sıra mühüm layihələr maliyyələşdirilir.


Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.


Baxış sayı: 1312

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb