Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Bu il büdcənin tam icra olunacağı gözlənilir


Bu il Azərbaycanda dövlət büdcəsi proqnozlarının tam yerinə yetiriləcəyi gözlənilir. budget.az saytını məlumatına görə, bu barədə "APA-Economıcs"ə Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Onun sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsinin proqnozlarının icrasında heç bir problem yaranmayacaq və proqnozlar tam yerinə yetiriləcək.

Qeyd edək ki, cari il mayın 27-də parlament tərəfindən qəbul olunan 2011-ci il dövlət büdcəsinə dəyişikliklərə əsasən, gəlirlər 29 faiz və ya 15 554,2 milyon manata qədər, xərclər isə 25 faiz və ya 15 941,2 milyon manatadək artırılıb.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 6,9 milyard manat məbləğində vəsait daxil olub. Büdcədən 6,2 milyard manat vəsait xərclənib, 667,3 milyon manat məbləğində, yaxud ÜDM-in 2,5 faizi qədər profisit yaranıb.


Baxış sayı: 1351

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb