Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu (layihə)


"Azərbaycan" qəzetinin 18 oktyabr tarixli sayında 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununun layihəsi dərc olunub. budget.az saytı Qanun layihəsini oxucuların diqqətinə çatdırır.

Layihədə 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 436 400,0 min manat, xərcləri 16 984 400,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 937 165,5 min manat, yerli gəlirləri 499 234,5 min manat və mərkəzləşdirilmiş xərcləri 15 692 400,0 min manat, yerli xərcləri 1 292 000,0 min manat) məbləğində göstərilib.

Dövlət Neft Fondundan daxilolmalar 9,9 mlrd. manat və ya ümumi büdcə daxilolmalarının 60,3%-ni, Vergilər Nazirliyindən - 5,3 mlrd. manat (32,3%), Dövlət Gömrük Komitəsindən - 1,2 mlrd. manat (7,3%) təşkil edəcəyi proqnozlaşdırılır. Digər daxilolmalar isə ümumi büdcə mədaxilinin 0,1%-ni təşkil edəcək.

Vergilər Nazirliyinin xətti ilə daxil olan ümumi vəsaitin 3,2 mlrd. manatı və ya 59,9%-i qeyri-neft sektorunun, 2,1 mlrd. manatı və ya 40%-i isə neft sektorunun payına düşəcək.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən vəsait 2011-ci ilin proqnozuna nisbətən 5,7% çox olacağı gözlənilir.

ARDNF-dən 2012-ci il ərzində dövlət büdcəsinə transfertlər cari ilin sonuna gözlənilən transfertlərin həcmindən 700 mln. manat və ya 7,6% çoxdur.



Layihənin tam mətni ilə aşağıdakı linklərdə tanış olmaq olar.


doc variantı


Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu (layihə)



pdf variantı


Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu (layihə)



Baxış sayı: 1654

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb