Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2011-ci ilin dövlət büdcəsinin icrası: 9 ayda 244,1 milyon manatlıq profisit yaranıb


2011-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8978,9 milyon manat, xərcləri 8734,8 milyon manat olub. Hesabat dövründə 244,1 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu barədə budget.az saytı Maliyyə Nazirliyinə istinadən məlumat verir.
 
Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 105,6 faiz icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1474,4 milyon  manat və ya 19,6 faiz çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 112,4 faiz icra etməklə dövlət büdcəsinə 4063,2 milyon manat vəsait köçürüb ki, bu da proqnozdan 449,8 milyon manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 935,6 milyon manat və ya 29,9 faiz çoxdur.

Bu müddətdə Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 842,7 milyon manat həcmində vəsait köçürüb.

2011-ci ilin doqquz ayında sair gəlirlərdən daxilolmalar proqnozdan 2 dəfə çox olub. Bu mənbə üzrə nəzərdə tutulan 26,6 milyon manata qarşı büdcəyə 52,0 milyon manat köçürülüb.

Dövlət Neft Fondundan büdcəyə 4021 milyon manatlıq vəsait transfert edilib.

2011-cu ilin  doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 87,7  faiz icra edilib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 1898,2 milyon manat və ya 27,8 faiz çoxdur.

Sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 27,7 faizi və ya 2416,2 milyon  manatı yönəldilib ki, bu da 2010-ci ilin eyni dövrü ilə müqayisədə 351,2 milyon manat və ya 17 faiz çoxdur.

2010-cu ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərindən funksional təsnifata uyğun olaraq sənaye, tikinti və faydalı qazıntılar xərclərinə  1105,2 milyon manat və ya 52,8 faiz, nəqliyyat və rabitə xərclərinə 10,1 milyon manat və ya 34,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 200,1 milyon  manat və ya 21,9 faiz, səhiyyə xərclərinə 51 milyon manat və ya 18,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 47,3  milyon manat və ya 17,7 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 18,5 milyon manat və ya 17,2  faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 19,1 milyon  manat və ya 13,9 faiz, təhsil xərclərinə 81,6 milyon manat və ya 10,6 faiz, ümumi dövlət xidmətləri xərclərinə 48,8 milyon manat və ya 8,8 faiz,  iqtisadi fəaliyyətlə bağlı xərclərə 4,1 milyon manat və ya 4 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq  xərclərinə 13,6 milyon manat və ya 3,1 faiz çox  vəsait yönəldilib.

Hesabat dövründə istifadə olunan 3281 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 462 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 2819 milyon  manat vəsait yönəldilib.

 

Baxış sayı: 1413

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb