Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


BVF: Gələn il dünyada neft və əmtəənin ucuzlaşması gözlənilir


Gələn il dünya bazarlarında neft və əmtəənin 5-6% ucuzlaşması gözlənilir. budget.az saytının məlumatına görə, bunu noyabrın 2-də Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş «World Economic Outlook» hesabatının Bakıda keçirilən təqdimatında çıxış edən Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə 2011-2012-ci illərdə dünya üzrə ümumi daxili məhsulun (ÜDM) artım tempinin 4% təşkil edəcəyi proqnozlaşdırılır.

Təqdimatda həmçinin qeyd olunub ki, 2011-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 0,2%, 2012-ci ildə isə 7,1% təşkil edəcəyi proqnozlaşdırılır.


Ümumiyyətlə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda neft-qaz ixracatçısı ölkələrində bu göstəricinin müvafiq olaraq 5,6% və 6,4% təşkil edəcəyi gözlənilir.


İnflyasiyaya gəldikdə isə, BVF-nin hesabatda qeyd olunub ki, Azərbaycanda inflyasiyanın səviyyəsi 2011-ci ildə 9,3%, 2012-ci ildə isə 10,3% təşkil edəcək.


Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda neft-qaz ixracatçısı ölkələrində bu göstəricinin müvafiq olaraq 9,6% və 9,2% olacağı gözlənilir.


Baxış sayı: 1377

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb