Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


BVF-nin missiya rəhbəri: “Azərbaycan hökumətinə inflyasiyanı aşağı səviyyədə saxlamaq tövsiyə olunub”


Azərbaycan üzrə missiyanın rəhbəri Nadim İlahi bildirib ki, Azərbaycan iqtisadiyyatı ölkədə neft hasilatının azalmasına baxmayaraq, nisbətən yüksək sürətlə artıb. Yaxın iki ildə ölkədə neft hasilatının artmayacağını söyləyən missiya rəhbəri qeyd edib ki, buna baxmayaraq, ölkənin qeyri-neft sektoru dinamik inkişaf edir. Onun sözlərinə görə, bu il qeyri-neft sektorunun artım tempinin 9% təşkil edəcəyi gözlənilir. Gələn il isə 6%-dən çox olacaq. İnflyasiya bu il 8% təşkil edəcək.

« APA-ECONOMICS»in məlumatına görə, Missiya rəhbərinin sözlərinə görə, Azərbaycan hökuməti ilə aparılan danışıqlarda 2012-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunub, inflyasiyanı aşağı səviyyədə saxlamaq, maliyyə, o cümlədən bank sektorunda sabitliyi qoruyub saxlamaq, qeyri-neft sektorunu inkişaf etdirmək və özəl sektorda islahatlar aparmaq tövsiyə olunub.

N.İlahi qeyd edib ki, 2003-cü ildən etibarən Azərbaycan iqtisadiyyatında yaxşı artıma nail olunub, ölkədə yoxsulluğun səviyyəsi azaldılıb: “Ölkənin neft gəlirlərinin Dövlət Neft Fondunda saxlanması təqdirəlayiqdir. Dövlət borcunun səviyyəsi çox aşağıdır və Dövlət Neft Fondunun ehtiyatları Azərbaycanı problemlərdən qoruya bilər. BVF Azərbaycanın təhsil sahəsində aparılan təkmilləşdirmə işlərini dəstəkləyir”.


N.İlahi əlavə edib ki, BVF-nin IV maddə üzrə missiyasının Azərbaycana səfərinin yekunlarına dair hesabat hazırlanacaq və fondun İcraçı Şurasının gələn ilin yanvar ayında keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq: “Missiyanın Azərbaycana növbəti səfəri 2012-ci ilin aprel-may aylarına planlaşdırılır”.

 

Baxış sayı: 1330

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb