Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Hesablama Palatası 2012-ci il dövlət büdcəsi haqqında qanuna rəy verdi


budget.az saytının məlumatına görə, Hesablama Palatasının noyabrın 10-da keçirilmiş Kollegiya iclasında “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə edilərək layihənin Milli Məclisində müzakirəsinə tövsiyə edib.

İclasında “Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğunun, dövlət büdcəsinin mərkəzləşdirilmiş  xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin auditləri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib və qəbul olunmuş qərarlar barədə Milli Məclisinə məlumatın verilməsi qərara alınıb.

İclasda həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsinin “Mənzil təsərrüfatı” köməkçi bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinə ayrılan vəsaitlərin, habelə digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair Audit Proqramı təsdiq olunmuş və 2011-ci il üzrə Hesablama Palatasının Kollegiya iclaslarında qəbul edilmiş qərarların icra vəziyyətləri barədə də fikir mübadiləsi aparılıb.


Baxış sayı: 1530

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb